Tokayev sovet xadimlərinin xatirələrinin əbədiləşdirilməsinə qarşı çıxıb
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xidmətləri sənədləşdirilməyən tarixi şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi praktikasını tənqid edib.
Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Dövlət başçısı bildirib ki, onomastikanı tarixi məziyyətləri heç bir arxiv sənədləri ilə təsdiq olunmayan şəxsiyyətləri tərənnüm etmək üçün alətə çevirə bilmərik.
Tokayevi xüsusilə sovet məmurlarının, o cümlədən Aşarşılıqda (Qazaxıstanda kütləvi qıtlıq) iştirak edənlərin mifologiyasına çevirməsi qəzəbləndirib. Prezident vurğulayıb ki, bu cür mifologiyanı təbliğ edənlərin çoxu artıq müstəqil Qazaxıstanda karyera qurublar.
Prezident eyni şəxslərin adını daşıyan küçə və qəsəbələrin sayının həddən artıq çox olduğunu qeyd edərək xatirələrin əbədiləşdirilməsi işini sistemləşdirməyə çağırıb və fövqəladə hallar orqanlarının işini yaxşılaşdırmaq üçün ilk növbədə adsız küçələrə adların verilməsini, toponimlərin təkrarlanmasının aradan qaldırılmasını təklif edib.
Əfsanə Kamal
Demokrat.az