AZ

Rusiya ABŞ-ın sülh təkliflərini qəbul edəcəkmi: Rusiya üzrə danışıqlar qrupunun üzvü Stiv Vitkoff “ehtiyatlı nikbindir”

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, Ukrayna və Rusiya üzrə danışıqlar qrupunun üzvü Stiv Vitkoff Rusiya Federasiyasından ABŞ-a qayıdıb. Bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals martın 13-də “Fox News” telekanalında bildirib.

“Hazırda orada olan həmkarımla danışdım, o, geri qayıdır. Biz bunu qiymətləndirib növbəti addımlar barədə qərar verəcəyik” Mayk Vals deyib. O, əlavə edib ki, ABŞ Ukraynada müharibənin dayandırılması ehtimalı ilə bağlı “ehtiyatlı nikbindir” və “prezidenti qabaqlamamaq üçün” televiziyada heç nə elan etməyəcəyini deyib.

“Vedomosti” yazır ki, hələ görüş başlamamışdan əvvəl Uşakov deyib ki, onlar təkcə atəşkəs və Ukraynanı deyil, həm də münasibətlərin gələcək inkişafı məsələlərini müzakirə edəcəklər.

//Samir Qurbanov, Editor.az

Seçilən
2
editor.az

1Mənbələr