"Barselona"nın sabiq müdafiəçisi Jerard Pike İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında təşkili ilə bağlı korrupsiya və çirkli pulların yuyulması iddiaları ilə bağlı məhkəmədə ifadə verib.
90deqiqe.Az-ın "Relevo"ya istinadən verdiyi xəbərə görə, “mavi qranat”ın keçmiş futbolçusu məhkəməyə 8 hüquq-mühafizə orqanı əməkdaşının müşayiəti ilə gəlib.
İspaniya millisinin sabiq müdafiəçisinin dindirilməsi iki saatdan çox davam edib.
Məhkəmənin sonunda Pike çıxış etmək istəyib. Çıxışı zamanı səsi titrəyərək emosiyalarını saxlaya bilməyən eks-futbolçu belə bir məhkəmə prosesinin onun reputasiyasına böyük zərbə vuracağını qeyd edib.
"Bunun mənə nə qədər zərər verdiyini bilmirsiniz; başqa ölkədə indiyə qədər mənim heykəlimi ucaldardılar" - deyə, sabiq futbolçu qeyd edib.