AZ

Diyetoloq uzunömürlülüyün yeganə açarını açıqlayıb

“İstənilən idman növündə müntəzəm məşğul olmaq uzunömürlülüyün yeganə açarıdır”.

Qaziler.az xəbər verir ki, bunu diyetoloq Roman Pristanski “Radio 1”ə deyib.

 Onun fikrincə, sağlamlığı qorumaq üçün istehlak edilən qidanın həcmini, zülalların, yağların və karbohidratların nisbətlərini müşahidə etmək vacibdir.

“Burada çox vacib məqam ağır fiziki məşqdir. Nə qədər qəribə səslənsə də, istənilən idman növü uzunömürlülüyün yeganə açarıdır. Bunun üçün əsas gimnastika edə və gəzintiyə çıxa bilərsiniz”, - Pristanski məsləhət görüb.

Diyetoloq həmçinin yatmazdan dörd saat əvvəl karbohidratları pəhrizdən tamamilə xaric etməyi tövsiyə edib. Onun sözlərinə görə, karbohidratların azaldırlması yuxu zamanı böyümə hormonunu boğan insulinin səviyyəsini aşağı salır.

QAZİLER.AZ

Seçilən
1
qaziler.az

1Mənbələr