Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 18-ci turunun növbəti qarşılaşması keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir görüş baş tutub.
Yeganə qarşılaşma B qrupu çərçivəsində keçirilib. Sumqayıtda təşkil olunmuş görüşdə eyniadlı komanda liderliyə şərik “Şəki” ilə üz-üzə gəlib. Oyun qonaqların üstünlüyü ilə keçib. Meydan sahibləri yalnız 3-cü dövrədə rəqibi məğlub edə biliblər. Yekunda “Şəki” 104:96 hesabı ilə qələbə qazanıb.
18-ci tura martın 16-da yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
B Liqası, 18-ci tur
14 mart
“Sumqayıt” – “Şəki” 96:104 (22:26, 23:30, 28:19, 23:29)
Sumqayıt Olimpiya İdman Kompleksi.