AZ

Elmar Baxşıyev: "Qara Qarayevi yaşına görə milliyə çağırmırlarsa..."

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 27-ci turu çərçivəsində öz meydanında "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "ağ-qırmızılar"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı, dinamik oyunun şahidi olduq. Oyunu iki hissəyə bölərdim. İlk yarı bizim üstünlüyümüzlə keçdi. İkinci hissədə "Şamaxı" daha çox epizodlara girirdi. Uda da bilərdik, uduza da. Hər iki komandanın qalib gəlmək şansı var idi. Yaxşı istirahət edib sonuncu dövrəyə hazırlaşacağıq.

- İkinci hissədəki zəif çıxışınızın səbəbi nədir?

- Kuboka görə əlavə iki oyun keçirmişdik. Komandada yorğunluq ola bilər. Heyətimiz geniş deyil, zədəli oyunçularımız çoxdur. Rotasiyalar edə bilmirik. Bilirdik ki, bizim üçün hansısa period ağır olacaq. Futbolun içində olan detallardır.

- Növbəti matça qədər zədəli oyunçular sıraya dönə biləcək?

- Ümid edirik. İstəyərdim ki, bütün futbolçular sərəncamımda olsun. 7 oyunçu zədəli və ya cəzalıdır. Bütün futbolçular qayıdandan sonra daha yaxşı olacağıq.

- "Araz-Naxçıvan"dan milli komandaya heç kim çağırılmadı. Bu, sizin üçün gözlənilməz oldu?

- Şərh vermək istəmirəm. Seçim millinin baş məşqçisinə aiddir. Qərar verən şəxs odur. Amma bizim komandada da yaxşı yerli futbolçular var. Daha çox çalışıb milliyə layiq olduqlarını göstərməlidirlər.

- Qara Qarayev milliyə hazırdır?

- Bu matçı çıxmaq şərtilə Qara hər oyunda iştirak edib. 90 dəqiqə eyni tempdə oynamağa gücü çatır. Yaşına görə çağırmırlarsa... Nəyə görə çağırmadıqlarını bilmirəm. Nəinki Qara, heyətimizdə milli səviyyəsində futbolçular var.

Elçin Əlixan 

saytlarin hazirlanmasi

Seçilən
1
2
sportal.az

4Mənbələr