AZ

Qlobal qalay istehsalı 2024-cü ildə 2,7% azalıb

Beynəlxalq Qalay Assosiasiyasının (ITA) ilkin məlumatlarına görə, 2024-cü ildə qlobal təmizlənmiş qalay istehsalı 2,7% azalaraq 371,2 min tona düşüb.

Finss.az xəbər verir ki, qlobal metal istehsalının demək olar ki, 63%-i on şirkətin payına düşür. Onlar birlikdə hasilatı 14,3 min ton (7%) artırıblar.

Çin Yunnan Tin Co. (YTC) əhəmiyyətli fərqlə istehsal həcminə görə dünyada lider mövqeyini qoruyub saxlamışdır. İTA-nın məlumatına görə, ikinci yerdə Perunun Minsur şirkəti, üçüncü yerdə isə digər Çin şirkəti Yunnan Chengfeng qərarlaşıb.

Son bir neçə ildir qlobal reytinqdə yerini itirən İndoneziyanın PT Timah şirkəti 2024-cü ildə hasilatı 23,3% artırıb. Bu, Malaysia Smelting Corp-u beşinci yerə itələyərək şirkətə dördüncü yerə yüksəlməyə imkan verdi. Eyni zamanda, Malayziya şirkəti ilk 10-luqda hasilat həcmlərində ən əhəmiyyətli azalma qeydə alıb – 21,4%.

Çinli Guangxi Huaxi (əvvəllər Guangxi China Tin adlanırdı) və Jiangxi New Nanshan altıncı və səkkizinci yerlərdə qaldı. Boliviyanın EM Vinto şirkəti hasilatı 26,3% artıraraq rekord həddə - 12,7 min tona çatdıraraq yeddinci yeri qoruyub.

Thaisarco, Belçika təmsilçisi Aurubis Beerse-ni ilk 10-luğun aşağısına itələyərək doqquzuncu yerə yüksəldi.

Materik Çində qalay istehsalı keçən il 4,6% artaraq 194 min tona çatıb. Bu, həm də metalın təkrar emalında güclü artım (14,9%) ilə bağlı olub, press-relizdə qeyd olunub.

İTA-nın hesablamalarına görə, qlobal bazar 2024-cü ildə təxminən 2,2 min ton qalay defisiti yaşayacaq. Eyni zamanda, cari ilin sonuna kimi assosiasiya istehsal həcminin artması fonunda metalın cüzi profisiti gözləyir.

Seçilən
2
fins.az

1Mənbələr