Bu gün Azərbaycan Basketbol Liqasının 18-ci turu çərçivəsində daha bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, “Şəki” qonaq qismində “Sumqayıt”ı məğlub edib.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən B qrupunun oyunu meydan sahibləri 96:104 hesablı yenilgiyə üzülüblər.
Ötən gün “Quba” “Lənkəran”ı 95:84 hesabı ilə üstələyib. Tura martın 16-da yekun vurulacaq.