AZ

Yoluxma halları artdı - ÜST-dən təcili xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada qızılcaya yoluxma hallarının sürətlə artdığını bildirib. 2024-cü ildə yoluxma halları iki dəfə artaraq 127 min 350-yə çatıb.

Ölkə.az lent.az-a istinadən xəbər verir ki, ÜST-ün Avropa direktoru Hans Kluge qızılcanın yenidən yayılmasını təhlükə adlandırıb və yüksək peyvənd nisbətlərinin vacibliyini vurğulayıb.

Hazırda qızılcaya yoluxma hallarının yüksək olduğu ölkələrin başında Rumıniya gəlir. Ölkədə 30,692 yoluxma halı qeyd olunub.

Hadisələrin 40%-i 5 yaşdan kiçik uşaqlarda müşahidə olunub.

2023-cü ildə Avropa regionunda 500 min uşaq qızılcaya qarşı peyvənd olunmayıb. ÜST bu barədə xəbərdarlıq edib:

"Peyvəndsiz sağlamlıq təhlükəsizliyi mümkün deyil!"

Seçilən
13
8
olke.az

9Mənbələr