AZ

"Sabahın alimləri" XIV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Martın 14-də “Sabahın alimləri” XIV Respublika layihəmüsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbir DövlətHimninin səsləndirilməsi ilə başlanıb. Sonra müsabiqə çərçivəsindəhazırlanan videoçarx nümayiş olunub.

Bu barədə Trend-əElm və Təhsil Nazirliyindən məlumat verilib.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini FirudinQurbanov bildirib ki, müasir elmdə uğur qazanmaq üçün təkcə bilikkifayət etmir, eyni zamanda, müxtəlif bacarıqlara və istedada sahibolmaq vacibdir. Şagirdlərin bu istedadlarını vaxtında aşkar edibdəyərləndirmək və inkişaf etdirmək də olduqca önəmlidir. Məhz buməqsədlə Elm və Təhsil Nazirliyi tərəfindən intellektual oyunlar,fənn olimpiadaları, “Sabahın alimləri” müsabiqəsi və STEAM layihəsitəşkil edilir.

Nazir müavini şagirdlərin müsabiqə çərçivəsində hazırladıqlarıinnovativ layihələrdən söz açaraq qeyd edib ki, bu layihələrbugünkü şagirdlərin gələcəkdə müxtəlif tədqiqat sahələrindəfəaliyyət göstərəcək alimlər olacaqlarını deməyə əsas verir. Bu gündinamizm, sosial və elmi-texniki inkişafın uğuru yalnız yaradıcışəxslərin yaradıcılıq fəaliyyətinin səmərəliliyindən asılıdır.

Firudin Qurbanov çıxışının sonunda qaliblərin hər birini təbrikedib.

Çıxış edən Elm və Təhsil Nazirliyinin İnformasiyaTexnologiyaları İnstitutunun baş direktoru akademik RasimƏliquliyev son illər ölkəmizdə gənclərin hərtərəfli biliklərəyiyələnməsi, onların elmi potensialının üzə çıxarılmasıistiqamətində həyata keçirilmiş layihələrdən danışıb.

Tədbirdə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplom və medallar,fərqlənən şagirdlərə xüsusi mükafatlar, iştirakçıların hər birinəisə sertifikatlar təqdim olunub. Qalib layihələrin elmirəhbərlərinə isə təşəkkürnamələr veriləcək.

Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi, Təhsilİnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Təhsilİşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinintəşkilatçılığı və tərəfdaşlığı ilə keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıqpotensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlardatənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlikvə ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsilmüəssisələri və elmi təşkilatlarla ümumi təhsil müəssisələriarasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşarmaraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir.

Seçilən
8
az.trend.az

1Mənbələr