Tbilisidə Novruz bayramına həsr olunan şənlikdə tonqal alovlandırılıb və onun ətrafında yallı gedilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, tonqalı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstan parlamentinin vitse-spikeri Sozar Subari birgə yandırıblar.
Vitse-spiker uşaqlarla yumurta da döyüşdürüb.
Daha sonra şənlik iştirakçıları musiqi sədaları altında tonqal ətrafında yallı gediblər. F.Quliyev və Gürcüstan ombudsmanı Levan İoseliani də soydaşlarımıza qoşulublar.
Qeyd edək ki, bayram tədbirinə Gürcüstanın bir sıra rəsmi şəxsləri qatılıblar. Şənlikdə mahnılar, aşıq havaları, "Ceyran" ansamblının ifasında "Sarı gəlin", "Arşın mal alan" rəqsləri, "BEEZ" uşaq teatrının Novruza həsr olunan səhnəciyi təqdim olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta