"Ermənistan və Azərbaycan arasında danışıqların başa çatması onilliklər boyu davam edən münaqişəyə son qoyacaq".
APA xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa, Şimali Amerika və xarici ərazilər üzrə dövlət naziri Stefan Dauti deyib.
O həmçinin tərəflərə çağırış edib:
"Dayanıqlı sülhə can atmaq niyyəti aydındır. Mən tərəfləri qısa müddətdə sülh razılaşmasının imzalanmasına və onun icrasının təmin edilməsinə çağırıram".