AZ

Zelenski Rusiyanı danışıqları gecikdirməkdə ittiham edib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı sülh danışıqlarını qəsdən ləngitməkdə ittiham edib.

Qaziler.az xəbər verir ki, o, “Telegram” kanalında Kremlin döyüşləri dayandırmaqda maraqlı olmadığını və Moskvanı dialoqa məcbur etməkdə məsuliyyətin Kiyevin beynəlxalq müttəfiqlərinin üzərinə düşdüyünü bildirib.

“Rusiyanın müharibəni dayandırmağa hazır olmasını təmin etmək tərəfdaşlarımızın məsuliyyətidir. Putin bunu təkbaşına etməyəcək”, – Zelenski yazıb.

Ukrayna rəhbəri əmin olduğunu bildirib ki, “Moskvaya lazımi təzyiq göstərmək üçün ABŞ-nin gücü kifayətdir. Tələb olunan tək şey qətiyyətdir”.

QAZİLER.AZ

Seçilən
4
qaziler.az

1Mənbələr