AZ

Quterreş Bakı-İrəvan müzakirələrini alqışlayır

BMT Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan arasında keçirilən müzakirələri alqışlayır.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında BMT baş katibinin mətbuat katibinin Stefan Düjarrik deyib.

S.Düjarrik əlavə edib ki, Baş katib Ermənistan və Azərbaycanın sülh sazişinin layihəsi üzərində danışıqların başa çatması ilə bağlı açıqlamalarını təqdir edir:

“O, tərəflərin münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş əldə etmələrindən məmnundur və regionda uzunmüddətli sülhün maraqlarına uyğun olaraq bütün həll olunmamış məsələlərin həlli üçün onların səylərini güclü şəkildə dəstəkləyir”.

Seçilən
4
2
axar.az

3Mənbələr