Yüksək inflyasiyadan xəbərdar olmaq problemin həlli demək deyil.
Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian ölkədəki bahalaşmadan danışarkən deyib.
“İnflyasiyaya görə kimi günahlandıracağımı bilmirəm. Daim yüksək inflyasiyadan danışmağımız insanların problemlərini həll etmir. Ölkədə istehsal olunan məhsulların hara getdiyi bəlli deyil", - İran prezidenti bildirib.