“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının durumu haqda danışıb.
Futbolpress.az xəbər verir ki, “şəhərlilər” son turda “Nottingem Forest”ə məğlub olaraq, ilk “4-lük”dən kənarda qalıblar. İspaniyalı mütəxəssis komandanın vəziyyətini belə şərh edib:
“Avrokuboklarda iştirak etmək üçün ən yüksək səviyyəyə çatmalıyıq. Biz mümkün qədər sabit olmalıyıq. 10 matç qaldı: 6-sı evdə, 4-ü isə səfərdə. Biz evdə çətin matçlar keçirəcəyik və yaxşı çıxış etməliyik. Çünki bizimlə eyni hədəfləri olan çoxlu komandalar var. Biz artıq əvvəlki kimi deyilik. Qələbə qazanmasaq, eybi yoxdur. Keçən həftə “Nottinqem Forest”ə qalib gəlməyə layiq deyildik”.
“Mançester Siti” Premyer Liqada ev matçını martın 15-i şənbə günü “Brayton”la keçirəcək.