AZ

Rubio: "Atəşkəslə bağlı danışıqlar davam edir, mürəkkəb vəziyyətdir"

ABŞ dövlət katibi Marko Rubio deyib: "Ukrayna-Rusiya vəziyyəti ilə bağlı ehtiyatla nikbin ola bilərik. Atəşkəslə bağlı danışıqlar davam edir. Bu, çətin və mürəkkəb vəziyyətdir".

Turkustan.az xəbər verir ki, Rubio Kanadada keçirilən G7 toplantısından sonra mətbuata açıqlama verib.

Rubio bildirib ki, Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar davam edir və ilk mərhələdə silahları susdurmağa çalışırlar.

Rubio Ukraynada davam edən müharibənin hərbi həllinin olmadığını vurğulayaraq dedi:

"Nə Rusiya, nə də Ukrayna maksimalist hərbi məqsədlərinə nail ola bilmir. Bu müharibəni sona çatdırmağın yeganə yolu danışıqlar prosesidir. Danışıqlar hər iki tərəfin nə isə verməsini, hər iki tərəfin güzəştə getməsini, istər biznesdə, istər ticarətdə, istərsə də geosiyasətdə olması aydındır".

Danışıqlar zamanı sözügedən güzəştlərlə bağlı hər hansı məlumat verməkdən yayınan Rubio, hazırda yeganə prioritetlərinin müharibəni bir an əvvəl bitirmək olduğunu və bu detalların ikinci mərhələdə müzakirə ediləcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
1
turkustan.az

1Mənbələr