Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, o, 25-ci turda "Radomyak"ın əsas heyətində meydana çıxıb.
Renatın komandası "Lexiya" ilə qarşılaşmada əzmkar qələbə qazanıb. Oyun "Radomyak"ın 2:1 hesablı üstünlüyü ilə bitib. Əvvəlki iki oyunda qol vuran Dadaşov bu dəfə fərqlənə bilməyib. O, 86-cı dəqiqədə əvəzlənib.
"Radomyak"da çıxış edən digər azərbaycanlı futbolçu Rahil Məmmədovun adı iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, son 3 oyunda 10 xal toplayan Radom təmsilçisi 12-ci pilləyə yüksəlib.
İdman.biz