AZ

“Adımı orada görüncə...“ - Santuş onu nə ilə həyəcanlandırdı?

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun Haiti və Belarusla yoldaşlıq görüşləri üçün tərtib etdiyi siyahı sözün əsl mənasında təəccübləndirdi.

I Liqada top qovan Şahin Şahniyarov, Premyer Liqanın sonuncu pilləsində yer alan “Səbail”in müdafiəçisi Mert Çelik və bir neçə debütant...

Düzdür, Mert illər öncə Azərbaycan yığmasına dəvət alıb. “Neftçi”nin şərəfini qoruduğu və çempion olduğu 2020/21mövsümündə bir beçə dəfə Canni de Byazinin diqqətini çəkməsinə baxmayaraq, debüt imkanı qazanmayıb.

Sportinfo.az-a açıqlama verən 24 yaşlı futbolçu yenidən yığma komandanın sıralarında olacağına görə həyəcanını gizlətməyib:

“A millinin siyahısında olduğum üçün xoşbəxtəm. Dəvət almaq çox yaxşıdır.

Ancaq məqsədim orada uğurlu olub, millinin daimi üzvünə çevrilməkdir. Bunun üçün əlimdən gələni edəcəyəm.

Açığı, hər oyunçu kimi mən də dəvət gözləyirdim. Adımı orada görüncə, xoşbəxtlik və həyəcan yaşadığımı gizlətmirəm.

İnşallah, bundan sonra uzun illər milli komandanın bir parçası kimi xidmət edərəm”.

Azərbaycan millisi martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, martın 25-də “Bank Respublika Arena”da Belarus seçmələri ilə üz-üzə gələcək.

HƏBİB

Seçilən
4
sportinfo.az

1Mənbələr