AZ

"Neftçi"dən düşüncəli addım: "Futbol sevgisi əngəl tanımır"

“Neftçi”nin əsas komandası və “Neftçi” amputant komandası üzvlərinin iştirakı ilə yoldaşlıq görüşü təşkil olunub.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qarşılaşmada əsas komanda üzvlərindən Emil Balayev, ⁠Rəhman Hacıyev, ⁠Rafael Quzzo, ⁠Murad Məmmədov, ⁠Alfa Konte, Rüstəm Samiqullin, ⁠Höccət Haqverdi, Yeqor Boqomolski, ⁠Ağadadaş Salyanski və ⁠Dembo Darbo meydana çıxıblar.

“Neftçi” Futbol Mərkəzində baş tutan oyun “Futbol sevgisi əngəl tanımır!” şüarı altında keçirilib və 3:3 hesabı ilə nəticələnib.

Matçdan sonra kapitan Emil Balayev amputant komandasının kapitanına xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, “Neftçi” amputant komandası 2023-cü ildə “Neftçi” İdman Klubu İctimai Birliyinin tərkibində yaradılıb.

Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb

Azərbaycanın U-19 millisinin toplanış üçün heyəti açıqlanıb

Uşaq futboluna qənim kəsilən AFFA-nın virusları: Yadullayevlər, Abdullayevlər...

Əfran İsmayılov: "Heç kim bizimlə oynamaq istəmir" - Müsahibə

Ayxan Abbasov: “Azərbaycanın ikinci komandasında işləmək şərəfdir”

Seçilən
4
4
apasport.az

5Mənbələr