Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatması on illərlə davam edən münaqişəyə son qoyacaq tarixi məqamdır.
"Unikal" xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Stiven Dauti “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Davamlı sülh arzusu göz qabağındadır: hər iki tərəfi müqaviləni möhkəmləndirmək üçün onu mümkün qədər tez imzalamağa çağırıram", - paylaşımda deyilir.