AZ

Çempionlar Liqasına əlavə vəsiqələr uğrunda mübarizə - ən yüksək xalı toplayan iki ölkə...

İngiltərə və İspaniya 2025/26 mövsümü üçün Çempionlar Liqasına əlavə vəsiqələr uğrunda mübarizədə liderlik edirlər.

Sportal.az xəbər verir ki, UEFA reytinqinə əsasən, mövsümün sonunda ən yüksək xalı toplayan iki ölkə Çempionlar Liqasına əlavə bir yer qazanır.

1/8 final mərhələsindən sonra İngiltərə və İspaniya üstünlüklərini daha da möhkəmlədiblər. Hazırda İngiltərə 23,890 xalla birinci, İspaniya 21,462 xalla ikinci, İtaliya 19,750 xalla üçüncü, Almaniya 17,796 xalla dördüncü, Fransa isə 16,250 xalla beşinci yerdə qərarlaşıb. İspaniya ilə İtaliya arasındakı fərq 1,712 xal olub ki, bu da əvvəlki mərhələdəki 0,848 xaldan iki dəfə çoxdur.

Avropa Liqasının 1/8 finalında "Atletik" "Roma"nı məğlub edərək (3:1, 1:2) İspaniyanın ikinci yerdəki mövqeyini möhkəmləndirib və İtaliyanın yaxınlaşmasına imkan verməyib.

Avrokubokların 1/4 finalına İngiltərədən 7 komandadan 5-i ("Arsenal", "Aston Villa", "Mançester Yunayted", "Çelsi", "Tottenhem"), İspaniyadan 7 komandadan 4-ü ("Real Madrid", "Barselona", "Atletik", "Betis"), İtaliyadan isə 8 komandadan cəmi 3-ü ("İnter", "Latsio", "Fiorentina") yüksəlib.

saytlarin hazirlanmasi

Seçilən
3
sportal.az

1Mənbələr