Əl-Şaraa özünü 5 il müddətinə prezident təyin edib.
Suriyanın yeni lideri Əhməd əl-Şaraa Konstitusiya layihəsini imzalayıb.
Operativ Media xəbər verir ki, Konstitusiya qadınların təhsil almaq və əməkdə iştirak etmək hüququnu təmin etməklə yanaşı, onların siyasi hüquqlarını təmin edir.
Bundan başqa Əl-Şaraa özünü 5 il müddətinə prezident təyin edib.
Keçid müddəti beş il müəyyən edilib və prezidentə fövqəladə vəziyyət elan etmək hüququ verilib Xalq Məclisi tam qanunvericilik məsuliyyətini öz üzərinə götürüb, icra hakimiyyəti isə Prezidentə verilib.