AZ

Rubio Kanadada təhqir olundu, Vensi Vaşinqtonda fitə basdılar...

"Sosial media istifadəçiləri bu qarşılanmanı ABŞ Dövlət katibinin təhqiri kimi qiymətləndirib..."
 
ABŞ Dövlət katibi Marko Rubio Kanadanın Kvebek hava limanında "isti qarşılama" ilə üzləşib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
 
Məlumatda deyilir ki, Mark Rubio "Böyük Yeddilik" (G7) sammitində iştirak etmək üçün Kanadaya gəlib. Lakin təyyarədən düşərkən onun üçün yalnız bir metr uzunluğunda qırmızı xalça sərilib və bu xalça birbaşa gölməçəyə aparıb.
 
Bu jestin səbəbi Vaşinqtonla Ottava arasında gərginləşən münasibətlər, ticarət rüsumlarının tətbiqi və Donald Trampın Kanadanı ABŞ-ın 51-ci ştatına çevirmək istəyi olub. Sosial media istifadəçiləri bu qarşılanmanı ABŞ Dövlət katibinin təhqiri kimi qiymətləndirib.
 
Rubio Kanadaya Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Yaponiyadan olan diplomatlarla görüşmək üçün gəlib. Sammitin detalları açıqlanmasa da, müzakirələrin əsas mövzuları arasında dünya siyasəti və Ukrayna münaqişəsinin də olması gözlənilir.
 
Lakin ABŞ-ın yeni administrasiyası ölkə daxilində də populyar deyil. Dünən axşam ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqtondakı Kennedi Mərkəzində keçirilən Milli Simfonik Orkestrin konsertində fitə basılıb.
 
"The Guardian" nəşri yazır ki, Vens həyat yoldaşı ilə birlikdə zalda yerini tutarkən fit səsləri və istehzalar yüksəlib. Zalın etirazı o qədər güclü olub ki, aparıcının konserti açıq elan edən sözləri eşidilməyib.
 
Bu narazılığın səbəblərindən biri konsertə gələn bütün tamaşaçıların ABŞ Məxfi Xidməti tərəfindən tam yoxlanışdan keçirilməsi və tədbirin 25 dəqiqə gec başlaması olub. Bundan başqa, Vens daha əvvəl klassik musiqi həvəskarları haqqında təhqiredici ifadələr işlədib və bu janrdan həzz almağı anlamadığını bildirib.
 
Fevral ayında ABŞ prezidenti Donald Tramp Kennedi Mərkəzinin idarə heyətinin sədrini vəzifədən azad edib və özünü bu posta təyin edib. Müvəqqəti rəhbər vəzifəsinə Trampın xarici siyasət müşaviri Rişard Qrenell gətirilib, Vensin həyat yoldaşı Uşu isə yeni idarə heyətinə daxil edilib.
 
Martın 1-də "The Boston Globe" xəbər verib ki, ABŞ vitse-prezidenti Cey Di Vensə qarşı keçirilən etiraz aksiyasında 700-dən çox insan iştirak edib. Vermont ştatının Şuqarbuş kurortuna istirahətə gələn Vens burada etirazçıların plakatları, şüarları və mahnıları ilə qarşılaşıb.
 
Martın 9-da Vens "X" sosial media platformasında paylaşım edərək qızı ilə gəzinti zamanı pro-ukraynayönümlü fəalların  onları izlədiyini və "Yaşasın Ukrayna!" şüarları səsləndirdiyini iddia edib.
Seçilən
1
moderator.az

1Mənbələr