Tanınmış Hollivud aktyoru Cin Hekman çoxmilyonluq sərvətinin heç birini övladlarına qoymayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “The Sun” xəbər verir.
Aktyorun yaxınının açıqladığı vəsiyyətə görə, Hekmanın əmlakı 80 milyon dollar dəyərində qiymətləndirilir. O, bütün pulunu və var-dövlətini həyat yoldaşı, pianoçu Betsi Arakavaya qoyub. Uşaqları - Kristofer, Elizabet və Leslinin adı nəşr olunan sənəddə qeyd edilməyib.
Arakavanın vəsiyyətnaməsində həmçinin qeyd olunub ki, özü də sağ qalmasa əri ondan bütün əmlakını şəxsi nümayəndəsinin idarəçiliyinə verilməsini istəyib. Şəxsi nümayəndəsi də pulu xeyriyyəçilik üçün istifadə etməlidir.
Həmçinin cütlüyün 3,8 milyon dollarlıq 800 kvadratmetrlik evinin necə bölünəcəyi məlum deyil.
Hekmanın böyük oğlu Kristofer artıq öz hüquqlarını müdafiə etmək üçün miras məsələləri üzrə ixtisaslaşmış təcrübəli vəkilə müraciət edib.
Cütlüyün fevralın sonlarında evdə cansız bədənləri tapılıb. Meyitin müayinəsi zamanı Arakavanın nadir bir yoluxucu xəstəlikdən öldüyü müəyyən edilib.
Hekman isə ürək xəstəliyindən və Alzheimer xəstəliyinin ağır formasından əziyyət çəkib.
QAZİLER.AZ