Putin müharibəni davam etdirmək istəyir. Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. O, ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün irəli sürdüyü 30 günlük atəşkəs təklifinə reaksiya verib. Zelenski bildirib ki, Putin atəşkəsin tətbiq olunmasını istəmir. Ukraynanın Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantıda ABŞ-nin təqdim etdiyi 30 günlük atəşkəs təklifini qəbul etdiyini xatırladan Zelenski, bunun müharibənin sona çatması istiqamətində mühüm addım ola biləcəyini deyib. Putinin bəzi şərtlər irəli sürdüyünü deyən Zelenski, "O, atəşkəs istəmir. Onun müharibəyə ehtiyacı var. Bu, həmişə aydın olub və indi də aydındır. Putin özü müharibəni bitirməyəcək, amma Amerikanın gücü onu buna məcbur etməyə kifayətdir” - deyə bildirib.