Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U23 Avropa çempionatında himnimiz 4-cü dəfə səslənib.
Offsideplus.az xəbər verir ki, Ruslan Nurullayev (72 kq) finalda rusiyalı Danil Qriqoryev üzərində 3:2 hesablı qələbə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Elmin Əliyevin (82 kq) debüt etdiyi yarışda medal qazanmaq arzusu isə reallaşmayıb. O, bürünc medal uğrunda görüşdə finlandiyalı Conni Sarkkinenə 1:4 hesabıyla məğlub olub.
Qeyd edək ki, daha öncə qadın güləşçilərimiz Elnurə Məmmədova, Günay Qurbanova və sərbəst güləş millimizin üzvü Arseniy Djioyev qızıl medal qazanıb.