AZ

"Tramp Rusiya ilə bağlı növbəti addımları müəyyən edəcək"

Vaşinqton administrasiyası yaxın günlərdə Ukrayna böhranının həlli ilə bağlı Rusiya ilə gələcək əməkdaşlığa dair görüş keçirəcək, ABŞ prezidenti Donald Tramp növbəti addımları müəyyən edəcək.   Manset.ax xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

"Bizim fikrimizcə, dünən Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında çox müsbət və məhsuldar görüş olub. Vitkoff ABŞ-yə qayıdır. O, qayıdanda ümid edirəm ki, bu həftə sonu görüşəcəyik. Biz Rusiyanın mövqeyini daha ətraflı qiymətləndirəcəyik. Bundan sonra ABŞ prezidenti növbəti addımların nədən ibarət olduğunu müəyyən edəcək.", - o, G7-nin XİN rəhbərlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

Seçilən
0
5
manset.az

6Mənbələr