AZ

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında yazıb.

"Dünən biz Putinin bəyanatlarını eşitdik. O, açıq şəkildə bəzi şərtlər irəli sürür ki, bu da onun heç bir atəşkəs istəmədiyini göstərir. Ona müharibə lazımdır. Bu, həmişə bəlli olub və indi də göz qabağındadır", - Zelenski bildirib.

Zelenski həmçinin Putinin döyüş meydanındakı real vəziyyət barədə, itkilər barədə, ölkə iqtisadiyyatının real vəziyyəti barədə yalan danışdığını və diplomatiyanın iflasa uğraması üçün əlindən gələni etdiyini deyib.

“Putin bu müharibədən çıxa bilməz, çünki çıxsa o zaman onun heç nəyi qalmayacaq”, - deyə Zelenski bildirib.

Zelenskinin fikrincə, məhz buna görə də Putin diplomatiyanı sabotaj etmək üçün mümkün olan hər şeyi edir. Çünki o əvvəldən, hətta atəşkəsdən əvvəl də son dərəcə çətin və qəbuledilməz şərtlər qoyurdu.

"Putin Minskdə etdiyi kimi hamını sonsuz müzakirələrə sürükləməyə çalışacaq, ordusu insanları öldürməyə davam etdiyi halda özü mənasız danışıqlara günlər, həftələr və aylar sərf edəcək. Putinin irəli sürdüyü hər bir şərt sadəcə olaraq diplomatiyaya mane olmaq cəhdidir. Rusiya belə işləyir. Biz də bu barədə xəbərdarlıq etmişdik", - Zelenski deyib.

Seçilən
2
9
apa.az

10Mənbələr