AZ

Bəşir Süleymanlı və Alpay Məmməd həbs olunub - YENİLƏNİB

Bəşir Süleymanlı ilə birgə saxlanılan Alpay Məmməd həbs edilib.

APA xəbər verir ki, istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.

Alpay Məmməd barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Alpay Məmməd Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

***

21:13

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs edilib.

APA xəbər verir ki, istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.

Bəşir Süleymanlı barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bəşir Süleymanlı Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Seçilən
2
15
apa.az

10Mənbələr