AZ

Hakan Fidan: Suriyadakı vəziyyəti çox diqqətlə izləyirik

Xarici işlər naziri Hakan Fidan qatıldığı tv100 verilişində gündəmi dəyərləndirib.

Turkustan.az xəbər verir ki, nazir Fidan Suriya rəhbərliyi ilə QSD arasında imzalanan razılaşma ilə bağlı açıqlamalar verib.

Türkiyənin dekabrın 8-dən bu yana Suriya ilə bağlı açıqlamalarına da toxunan nazir Fidan, "8 dekabrdan bəri dediyimiz budur; Suriyanın yeni rəhbərliyinin YPG işğalına və piratçılığa son qoymaq üçün təşəbbüs göstərməsi lazımdır. Bu, prezidentimizin Türkiyə olaraq ilkin olaraq hazırladığı strategiya idi" dedi.

Nazir Fidan Suriya rəhbərliyi ilə QSD arasında imzalanan müqaviləyə də toxunub.

"Əgər vicdanla imzalanmış müqavilə varsa, o zaman nə lazımdırsa, edilməlidir. Amma orada müəyyən problemlər ola bilər, gələcəkdə bəzi minalar da ola bilər. Biz Türkiyə olaraq bunu öz prizmadan çox diqqətlə izləyirik, baxırıq. İnşallah, çox qan tökülmədən normal həyata sülh yolu ilə keçid olar".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
2
turkustan.az

1Mənbələr