Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən hərbçilərinə bərpa işlərində iştirak etmək üçün Kursk vilayətinin Sudja şəhərinə göndərilməsi təklif olunub.
Qaziler.az “Mash” teleqrm kanaına istinadla xəbər verir ki, müvafiq təşəbbüslə “Rusiya Veteranları” təşkilatı irəli sürülüb.
Təşkilat əsir düşən əsgərləri dağıntıların təmizlənməsi, zədələnmiş binaların təmiri, yolların bərpası və ərazilərin təmizlənməsinə cəlb etməyi təklif edib.
İdeya müəlliflərinin fikrincə, hərbi əsirlər Ukrayna Silahlı Qüvvələrinin regionda 7 aylıq mövcudluğunun nəticələrinin aradan qaldırılmasına, o cümlədən infrastruktura və mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılmasına cəlb oluna bilər. Tapşırıqlara həmçinin zibillərin təmizlənməsi və əvvəllər Ukrayna hərbçiləri tərəfindən yaşayış üçün istifadə edilən mağazaların bərpası daxildir.QAZİLER.AZ