Bu gün Türkiyə Super Liqasında 28-ci tura start verilib.
İlk oyun günündə bir qarşılaşma keçirilib.
Operativ Media xəbər verir ki, son çempion "Qalatasaray" doğma meydanda "Antalyaspor"u qonaq edib. "Sarı-qırmızılı" komanda bu matçı 4-0 hesabı ilə qazanıb.
Nigeriyalı hücumçu Viktor Osimhen bu matçda het-trik edib. Digər qolu isə ispaniyalı Alvaro Morata vurub.