NATO ABŞ və Danimarka arasında Qrenlandiya ilə bağlı ərazi mübahisəsində vasitəçilik etmək niyyətində deyil. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-da səfərdə olan NATO-nun baş katibi Mark Rutte "Bloomberg"ə müsahibəsində bildirib.NATO-nun Danimarka və ABŞ arasında Qrenlandiya məsələsində vasitəçilik etməli olacağı bir vəziyyətin gözlənilməməsi ilə bağlı suala o, belə cavab verib: "Xeyr, ABŞ və Danimarkanın intensiv dialoq apardığını görürəm, bu məsələni onların arasında buraxıram".Bununla yanaşı, Rutte vurğulayıb ki, Qrenlandiya məsələsi daha genişdir və NATO Arktika regionunda hərbi potensialını gücləndirməli, o cümlədən Rusiyadan ciddi şəkildə geridə olan buzqıran donanmasını artırmalıdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta