Mark Karni Kanadanın yeni baş naziri kimi and içib və vəzifəsinin rəsmən icrasına başlayıb.
Axar.az xəbər verir ki, Kanadada heç vaxt dövlət vəzifəsində olmamış yeni baş nazir bu ilin sonunda keçiriləcək seçkilərdə Liberal Partiyasına rəhbərlik edəcək.
Qeyd edək ki, Kanadada seçki bu ilin oktyabr ayında keçirilməli idi, lakin Trüdo daha erkən istefa verdiyinə görə hakim partiya daxili seçki yolu ilə Karnini baş nazir seçib. Karni vəzifəsinin icrasına başladıqdan sonra oktyabra qədər vəzifəsinə davam edə, yaxud növbədənkənar seçki də təyin edə və erkən seçkilərə gedə bilər.