AZ

Azərbaycan güləşçisi Avropa çempionatında qızıl medal qazanıb

Bakı, 14 mart, AZƏRTAC

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 Avropa çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb.

Ruslan Nurullayev (72 kiloqram) finalda rusiyalı Danil Qriqoryevlə qarşılaşıb. Ötən il Bakıda keçirilən analoji yarışda bürünc medal qazanan Ruslan bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nurullayev 3:2 hesablı qələbə ilə Albaniyada himnimizin 4-cü dəfə səslənməsinə nail olub.

Elmin Əliyevin (82 kiloqram) debüt etdiyi yarışda medal qazanmaq arzusu isə reallaşmayıb. O, bürünc medal uğrunda görüşdə finlandiyalı Conni Sarkkinenə 1:4 hesabıyla məğlub olub.

Seçilən
31
4
azertag.az

7Mənbələr