AZ

“Qalatasaray“dan darmadağın - Osimhen het-trik etdi

Türkiyə Supeliqasının 28-ci turunun açılış matçı keçirilib.

Yenisabah.az xəbər verir ki, "Qalatasaray" doğma meydanda "Antalyaspor"u qəbul edib.

"Cim-bom" rəqibini darmadağın edib - 4:0.

Osimhen het-triklə yadda qalıb, digər qolu isə penaltidən Morata vurub.

Bu nəticə ilə "Qalatasaray" xallarını 71-ə çatdıraraq ilk pillədəki mövqeyini möhkəmləndirib. "Antalyaspor" isə 33 xalla 10-cu yerdə qalıb.


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr