
Belarus Prezidenti Aleksandr Lukaşenko xarici siyasətçilərin Rusiya Prezidenti Vladimir Putinə gizli telefon zənglərindən danışıb.
Yeniavaz.com xəbər verir ki, Lukaşenko bunu “Rossiya-1” telekanalının “60 dəqiqə” verilişinə müsahibəsində Avropada razılığa gəlməyə qadir siyasətçilərin olub-olmaması ilə bağlı suala cavabında deyib.
“Ukraynada anlaşma əldə etməyə kim qadirdir? Heç kim. Amma biz yenə də onlarla danışırıq. İstəyənlərlə danışmalıyıq. Amma bizimlə, Rusiya ilə və s. danışmaq üçün elə bir istək görmürük. Baxmayaraq ki, - deməyəcəyəm, Vladimir Vladimiroviç Putin özü desin, - onlarla danışıb. Ona zəng etdilər, danışdılar, bəziləri ilə Putin danışıb. Onların danışacağı özəl razılaşma idi”, - ölkə başçısı deyib.
“Bu, açıq məlumat deyil, Vladimir Vladimiroviç bunu ictimailəşdirməyincə, mənim belə səlahiyyətim yoxdur. Amma o, mənə deyib. Deməli, istəyirsiz ki, danışırsız. Hələlik, gizli şəkildə ki, jurnalistlər bunu bilməsinlər. Bəlkə də Vladimir Vladimiroviç risk edib deyəcək ki, kim zəng edib ona”, - Lukaşenko əlavə edib.