AZ

Azərbaycan güləşçisi Avropa çempionatında qızıl medal qazanıb

Bakı. Trend:

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 Avropaçempionatına yekun vurulub.

Trend-inməlumatına görə, son yarış günündə yunan-Roma güləşi üzrəAzərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb.

Ruslan Nurullayev (72 kiloqram) finalda rusiyalı DanilQriqoryevlə qarşılaşıb. Ötən il Bakıda keçirilən analoji yarışdabürünc medal qazanan Ruslan bu dəfə fəxri kürsünün ən yüksəkpilləsinə qalxıb. Nurullayev 3:2 hesablı qələbə ilə Albaniyadahimnimizin 4-cü dəfə səslənməsinə nail olub.

Elmin Əliyevin (82 kiloqram) debüt etdiyi yarışda medal qazanmaqarzusu isə reallaşmayıb. O, bürünc medal uğrunda görüşdəfinlandiyalı Conni Sarkkinenə 1:4 hesabıyla məğlub olub.

Seçilən
0
2
az.trend.az

6Mənbələr