AZ

“Yayımlayırdıq ki, guya əmri biz vermişik” – Arayik

“Bütün vəzifələrin təyinatı Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifədə oturan şəxləri tərəfindən həyata keçirilirdi. “Müdafiə ordusu”nun “komandir”i eyni zamanda “müdafiə naziri” adlandırılırdı. Biz təyinatla bağlı məxfi qərar aldığımız zaman yayımlayırdıq ki, guya bu əmr bizim tərəfimizdən verilib”.

KONKRET.az xəbər verir ki, bunu ağır cinayətlərdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən deyib:

“Qarabağ ordusu” Ermənistan silahlı qüvvələrinin bir bölməsi hesab olunurdu. Təsəvvürümə görə, yuxarıdan-aşağı – baş qərargah rəisindən aşağıya doğru qərarlar verilirdi. Bunlar hamısı məxfi prosedurlarla aparılırdı. Onlarla tanış deyiləm. Düşünürəm ki, bunlara daha dəqiq cavabı Mnatsakanyan verəcək. Əsas hərbi xadim Ermənistanın baş qərargah rəisi idi, həm müharibə, həm də sülh şəraitində. Müdafiə nazirinin də Ermənistanda bir neçə funksiyaları var. Bilmirəm kimin hansı səlahiyyətləri var, amma əsas cavabdeh baş qərargah rəisi idi. Nəinki silah-sursat, bütün təchizat Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi, yəni, hər şey”.//“Qafqazinfo”

Seçilən
0
3
konkret.az

4Mənbələr