"Qeyd edilən məsələ ilə bağlı bildirmək istəyirik ki, Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən verilmiş sxemə və "Azərsu" ASC-nin texniki şərtinə əsasən, Binəqədi rayonu, Mədən 1, korpus 5 ünvanında yerləşən dövlət tərəfindən inşa edilmiş yaşayış komplekslərinə su və kanalizasiya xəttlərinin çəkilməsi məqsədilə müvafiq razılıq alaraq yuxarıda qeyd olunan ünvanda sonradan bərpa edilmək şərti ilə asfalt örtüyü sökülmüşdür. Həmçinin əlavə məlumat üçün bildiririk ki, işin icrası zamanı nəqliyyatın hərəkəti dayandırılmamışdır".
"Binəqədi rayonu tamamilə yiyəsiz qalıb. Elxan Allahverdiyev və başının dəstəsi bu rayonun altını da, üstünü də istismar edib və edir. Rayon Mozambik qaydaları ilə idarə olunur. Kim nə istəyir edir, haranı istəyir qazır, dağıdır, yetər ki, rüşvətini ver, vəssalam".
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, jurnalist Səbuhi Abbasov feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, hansısa yeni tikiləcək binaya görə özəl bir şirkət Biləcəri, Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsinin şüşə kimi olan 4-5 km.lik asfalt yolu düz DSK-ya qədər 4 metrə qədər qazılaraq, darmadağın edilib:
Samir
MİA.AZ