“Real”ın müdafiəçisi Raul Asensio İspaniya millisinə ilk dəvətini alıb.
Sportinfo.az xəbər verir ki, UEFA Millətlər Liqasının pley-off mərhələsində iştirak edəcək milli komandaya namizədlərin siyahısını ölkənin Kral Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
İspaniya millisi Niderland yığması ilə iki oyun keçirəcək. Martın 20-də iki ölkənin əsas komandası Rotterdamda, 23-də isə Valensiyada cavab matçına çıxacaq.
Bu matçlarda üstün olan tərəf Xorvatiya-Fransa cütünün qalibi ilə qarşılaşacaq.
Asensio bu mövsüm bütün klub yarışlarında 39 oyun keçirib və 2 məhsuldar ötürmə edib. 22 yaşlı futbolçunun klubu ilə hazırkı müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədərdir.