Türkiyə Superliqasında XXVIII tura start verilib.
“İki sahil” xəbər verir ki, turnir cədvəlinin lideri “Qalatasaray” doğma meydanda “Antalyaspor”la qarşılaşıb. Görüş İstanbul nəhənginin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Cim-bom” 69 xalla birinci pillədə qərarlaşıb. Qonaqlar isə 33 xalla 10-cu yerdədir.
Matçı baş hakim Ozan Ergün idarə edib.