Çempionlar Liqasının 1/8 final mərhələsindən sonra ən çox qazanan klubların siyahısı bəlli olub.
İdman.biz xəbər verir ki, "Bavariya" 106 milyon avro gəlir əldə edib.
PSJ və "İnter" növbəti pillələrdə qərarlaşıblar. 1/4 finala yüksələn komandalar arasında ən az qazanan "Aston Villa" olub - 83,7 milyon avro.
Çempionlar Liqasında ən çox qazanan klublar:
"Bavariya" - 106 milyon avro
PSJ - 104,4 milyon avro
"İnter" - 103,1 milyon avro
"Borussiya" D - 102,2 milyon avro
"Arsenal" - 102 milyon avro
"Real" - 101,8 milyon avro
"Barselona" - 101,6 milyon avro
Qeyd edək ki, turnirin 2024/2025 mövsümündə büdcəsu 2,47 milyard avro təşkil edir. Bu məbləğ əldə olunan nəticələrə görə 36 komanda arasında bölüşdürüləcək.
İdman.biz