“Mən mühasirədə olan ukraynalı əsgərlərin bağışlanmasını istəyirəm.”
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ədliyyə Nazirliyində çıxışı zamanı deyib.
Tramp ukraynalı əsgərlərin mühasirədə olmasını utancverici adlandırıb: “Nə baş verdiyini görmək çox utancvericidir”.
“Hazırda mühasirəyə alınmış və ciddi təhlükə altında olan çoxlu Ukrayna əsgəri var və Rusiya tərəfindən xahiş etmişəm ki, o əsgərləri öldürməsinlər”, - deyə o vurğulayıb.