AZ

Gürcüstanda narkomanların məcburi müalicəsi nəzərdən keçirilir

Gürcüstanda narkomaniyadan əziyyət çəkən insanlar üçün məcburi müalicənin tətbiqi imkanı nəzərdən keçirilir.

Bu barədə Gürcüstan parlamentinin hüquq məsələləri üzrə komitəsinin rəhbəri Arçil Qorduladze komitənin iclasında bildirib.

“Biz narkomanların müalicə formaları ilə bağlı fəal məsləhətləşmələr aparırıq, o cümlədən ehtiyacı olanların məcburi müalicəyə cəlb olunmasının mümkün mexanizmlərini müzakirə edirik. Bu məsələyə parlamentdə növbəti müzakirələr zamanı aydınlıq gətirilə bilər”, - o qeyd edib.

Qorduladzenin sözlərinə görə, hökumət narkotrafiklə mübarizəni gücləndirmək niyyətindədir, eyni zamanda narkomanlara yardıma diqqət yetirməyi planlaşdırır.

Xatırladaq ki, daha əvvəl hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası müxalif “Xalqın Gücü” qrupu ilə birlikdə narkotiklərin qanunsuz dövriyyəsinə görə cəzanı sərtləşdirən qanun layihəsini parlamentə təqdim edib. Dəyişikliklərə əsasən, qadağan olunmuş maddələrin cüzi miqdarda belə satışı 20 ilədək və ya daha çox müddətə azadlıqdan məhrumetmə ilə nəticələnəcək.

"Cebheinfo.az" 

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr