AZ

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə polis qarışıb. Məlum olub ki, hadisəni törədən sahiblərindən qaçan ev meymunudur və yəqin ki, bu şəkildə əylənirmiş. Maraqlı hadisə barədə məlumat Milli Meşə Təsərrüfatı və Vəhşi Təbiət Xidmətinin saytında verilib.

 

Sfera.az bildirir ki, meymun bir neçə yaşayış binasına soxularaq pul oğurlayıb, sonradan təcili yardım xidməti tərəfindən damlarda, ağaclarda və elektrik xətlərində aşkar edilib.
 

Xidmət işçiləri çağırış yerinə gələndə meymunun yerli sakinlərin evindən çıxardığı pulun yaşayış binalarının damında, həyətlərdəki ağac budaqlarında, şəhər küçələrində elektrik xətlərində asılı olduğunu görüblər.


Bu izlərin ardınca hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı tapıblar: bu, qara başlı kapuçin olub. O,bir neçə evə soxulub və ziyan vurub.
 

Heyvan ağacda oturmuş olub və xidmət işçiləri onu sakitcə çıxarıblar. Onlar meymunu tədqiq etdikdə onun əhliləşdirildiyini biliblər, çünki bədənində yəqin ki, heyvanı bağlamaq üçün istifadə edilən kəndir və ya zəncir izləri görüblər.
 

Meymunun sahibləri tapılana qədər heyvanı yerli zooparkda saxlayıblar. Perunun Milli Meşə Təsərrüfatı və Vəhşi Təbiət Xidmətinin rəsmiləri deyirlər ki, kapuçin açıq havada buraxılmamalıdır, çünki o, əhliləşdirilmiş heyvandır və vəhşi təbiətdə qaldıqda stressə və ya təhlükə altına düşə bilər. Onlar meymunun yenidən yerli sakinlərə zərər verəcəyindən də narahat olublar.


Qeyd edək ki, qara başlı kapuçinlər ən ağıllı meymun növlərindən sayılır. Onları öyrətmək asandır, buna görə də tez-tez ev heyvanları kimi saxlanılırlar.

 

Aysel

Seçilən
14
sfera.az

1Mənbələr