AZ

Dünya reytinqində ikinci pillədə qərarlaşdı - Azərbaycanın olimpiya mükafatçısı

Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edən Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun 2025-ci ilin mart ayı üçün açıqlanmış dünya reytinqində mövqeyi müəyyənləşib.

Sportinfo/az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Avropa çempionu 124.32 xalla ikinci pillədə qərarlaşıb. Onun mövqeyində dəyişiklik olmayıb.

Q.Maqomedovun Paris-2024-ün finalında məğlub olduğu Cənubi Koreya təmsilçisi Park Taejoon birincidir.

Qaşım Maqomedov qızıl medal uğrunda görüşdə zədələndiyi üçün döyüş vaxtından əvvəl başa çatmışdı.

Seçilən
30
1
sportinfo.az

10Mənbələr