AZ

Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə gediblər

Bakı. Trend:

Almaniya, Böyük Britaniya və Fransa liderlərinin təhlükəsizliküzrə müşavirləri danışıqlar aparmaq üçün ABŞ-a səfərə yoladüşüblər.

Trend-in məlumatına görə, bu barədə "Die Welt" qəzeti mənbələrəistinadən bildirib.

Məlumata əsasən, Almaniya kansleri Olaf Şolzun xarici işlər vətəhlükəsizlik siyasəti üzrə müşaviri Yens Ploetner məsləhətləşmələrüçün cümə günü təcili olaraq Vaşinqtona səfər edib. O, BöyükBritaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri ConatanPauell ilə birlikdə Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizliküzrə müşaviri Mayk Uolts ilə görüşəcək. Qeyd edilib ki, görüşdəFransa prezidentinin xarici əlaqələr üzrə müşaviri Emmanuel Bonnedə iştirak edəcək.

Bildirilib ki, bu məsləhətləşmələr Ukraynada atəşkəslə bağlıdanışıqların kritik məqamında baş tutacaq. Avropalılar indiyədəkyalnız ABŞ prezidenti Donald Trampın komandası ilə Rusiya vəUkrayna tərəfləri arasında aparılan birbaşa danışıqlarda iştiraketmirlər.

Seçilən
19
az.trend.az

1Mənbələr