AZ

“Sammit onu elə vəziyyətə salıb ki, vəziyyəti aydınlaşdırmağa məcbur olacaq” – Podolyak

Ukrayna öz “qırmızı cizgiləri”ndən imtina etmir.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak “Repubblica” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın suverenliyi prioritet olaraq qalır: "Xeyr. “Qırmızı cizgilər” nə fiziki, nə ideoloji nə də siyasi baxımdan dəyişə bilməz. Ərazi bütövlüyü sağ qalmaq məsələsidir… Putin hesab edir ki, bizim iqtisadi, siyasi və hərbi birliklərlə münasibətimiz olmamalıdır, bizim kollektiv öhdəliklərlə müdafiə olunmağa haqqımız yoxdur. Və o, təkid edir ki, Ukrayna öz kimliyindən, tarixindən, mədəniyyətindən, dilindən əl çəksin. Bizim ordumuz olmalı deyil və o, nəyisə bəyənməsə, hakimiyyəti dəyişəcək. Bu, qəbuledilməzdir. Biz təhlükəsizlik zəmanətləri, qlobal müdafiə sistemi, raket bazaları yaratmalıyıq”.

Podolyak hesab edir ki, Putin müvəqqəti atəşkəslə razılaşmaq niyyətində deyil: "Onun cavabı qeyri-müəyyəndir. Bir tərəfdən o deyir: "Əlbəttə, bu aydındır, bu lazımdır", amma digər tərəfdən nüansların olduğunu söyləməkdə davam edir. Bununla da atəşkəs ideyasının özünü silirlər".

Podolyakın sözlərinə görə, Putin mahiyyət etibarı ilə Ukraynanı müdafiəni dayandırmağa, hərbi təchizatdan, silah istehsalından və cəbhə xəttinə nəzarətdən əl çəkməyə çağırır. O, Kiyevin bu şərtlərlə razılaşmayacağını bəyan edib.

Bununla yanaşı, Podolyak deyib ki, Ukrayna nümayəndələrinin Səudiyyə Ərəbistanında ABŞ nümayəndə heyəti ilə görüşü çox yaxşı keçib: "Müharibəni kimin davam etdirmək istədiyi bəlli oldu. 2014-cü ildən bəri təcrübəmiz bizə deyir ki, Moskva bütün razılaşmaları pozur. Sammit(Ciddədəki görüş-red.) onu elə vəziyyətə salıb ki, vəziyyəti aydınlaşdırmağa məcbur olacaq. Biz görəcəyik".

“AzPolitika.info”

Seçilən
10
azpolitika.info

1Mənbələr